[EN] [RU]

[Mətbuat] [bizə yazmaq]

[Baş səhifə]
GPS Monitorinq
Qısa tәsviri

Üstünüklәr

Sistem özellikleri

Avadanlıq

Məlumat

Sual var?

Bizim müştərilər

Qiyməti hesablamaq

 
 
 
Menyu
Şirkət haqqında

Xəbərlər

Karyera

Əlaqə

Forum
 

 



     

 


YOLLAR monitorinq sistemindәn istifadәnin üstünlüklәri:

Avtomobil nәqliyyatının keçdiyi yolun azaldılması. Hәrәkәt marşrutlarının optimallaşdırılması, nәqliyyat axınının başqa istiqamәtә yönlәndirilmәsi hesabına cari vәziyyәtdәn asılı olaraq gedilәn yolun 20% azaldılması ilә baş tuta bilir.

“İnsan faktoru”nun aradan qaldırılması. Avtomobil nәqliyyatına nәzarәt sistemi şәxsi mәqsәdlәrlә istifadәnin vә “kәnar” reyslәrin hәyata keçirilmәsinin qarşısını alır.

Nәqliyyatdan istifadәnin effektivliyinin artırılması. Real vaxt rejimindә hәyata keçirilәn avtomatlaşdırılmış dispetçer xidmәti vә nәzarәt texnikanın boşdayanma müddәtini azaltmağa vә yük nәqliyyatının istifadә dәrәcәsini artırmağa imkan verir.

Müştәrilәrә göstәrilәn xidmәtin keyfiyyәtinin yaxşılaşdırılması. Daimi nәzarәtә әsaslanan effektiv idarәetmә müştәrilәrә göstәrilәn xidmәtin sürәtini artırmağa vә yaranmış mübahisәli mәsәlәlәri sürәtlә hәll etmәyә imkan verir.

Yanacaq xәrclәrinin 30 % azaldılması.

Xidmәt vә zәmanәt:

Sistem müştәrinin tәlәblәrinә uyğun şәkildә sazlana, hәtta proqramlaşdırıla bilәr. Şirkәtin әmәkdaşları müştәrini әtraflı şәkildә sistemlә tanış edir, bütün lazımi tәqdimat vә treninqlәri keçirirlәr.

Bütün avadanlığa zәmanәt verilir. Avadanlıqlar ixtisaslı mütәxәssislәr tәrәfindәn sürücünün әli çatmayan bir yerdә etibarlı şәkildә quraşdırılır. Quraşdırılan bütün avadanlıq plomblanır. Quraşdırma vә xidmәt Bakıda, elәcә dә Azәrbaycanın başqa şәhәr vә rayonlarında hәyata keçirilir. Avadanlıqda nasazlıq olduğu halda şirkәt әrizәnin verildiyi andan sonrakı 24 saat әrzindә problemi aradan qaldırmağa zәmanәt verir. Avadanlığın quraşdırılması bütün zәruri tәhlükәsizlik tәdbirlәrinә әmәl etmәklә hәyata keçirilir.

Matrix şirkәti informasiyanın bazada iki ilә qәdәr vә daha artıq saxlanılmasına zәmanәt verir. Serverdә xәritәnin vә proqram tәminatının yenilәnmәsi hәr ay sistemin işini dayandırmadan yerinә yetirilir. GSM şәbәkәsinә müraciәt etmәk imkanı olmadıqda GSM trekerdәki bütün mәlumatlar qara qutuda toplanaraq trekerin mobil әlaqә zonasına daxil olduğu an serverә yüklәnir vә ona görә dә, informasiyanın alınmasında GSM zona ilә bağlı qırılmalar istisna edilir.

Matrix şirkәti hәr bir müştәriyә fәrdi yanaşır. Şirkәtin әsas mәqsәdi GPS monitorinq sahәsindә lider olmaq vә müştәrilәr üçün yüksәk keyfiyyәtli xidmәt tәmin etmәkdir. Müştәrilәr vә partnyorlarla qarşılıqlı inam çәrçivәsindә uzunmüddәtli әmәkdaşlıq bizim әsas prioritetimizdir.

Nәqliyyat vasitәlәrinә Yollar.az vasitәsilә nәzarәt etdikdә işin effektivliyi yüksәlir vә belәliklә Siz, şübhәsiz, müәssisәnin vәsaitlәrinә qәnaәt edirsiniz.


 
©2007-2024, MATRIX LLC.
All rights reserved. Privacy Policy