[EN] [RU]

[Mətbuat] [bizə yazmaq]

[Baş səhifə]
Menyu
Şirkət haqqında

Xəbərlər

Karyera

Əlaqə

Forum
 

 



     

Matrix şirkəti və Yollar.az brendi 2007-ci ildə yaradılmışdır. Mövcud olduğu müddətdə şirkət özünü Azərbaycan bazarında avtomobil nəqliyyatının peyk monitorinqi üçün qabaqcıl innovativ həllərin təmin edilməsi sahəsində etibarlı və peşəkar partnyor kimi tanıtmışdır. 
 
Biz nəqliyyat vasitələrinin, mobil personalın yerləri haqqında real vaxt rejimində dəqiq məlumat almağa, yanacaq sərfinə, temperatur rejiminə, avtomobillərin və xüsusi texnikanın əlavə mexanizmlərinin işinə nəzarət etməyə imkan verən texnologiya təqdim edirik. 
 
Yollar monitorinq sistemi nəqliyyat vasitələrinin istifadəsini optimallaşdırmağa, avtomobillərin istismar xərclərini azaltmağa, avtoparkın idarə edilməsini avtomatlaşdırmağa, işçi heyətin məsuliyyətini artırmağa və yükün vəziyyətinə nəzarət etməyə imkan verir. 
 
Yollar sistemi artıq beş mindən artıq nəqliyyat vasitəsini əhatə edir və bu rəqəm sürətlə artmaqdadır. Partnyorlarımız və müştərilərimiz böyük və kiçik şirkətlər, eləcə də ayrı-ayrı şəxslərdir. GSM operatorları ilə əməkdaşlıq əlaqələrinə malik olan müştərilərimiz optimal GPRS tarif planı seçmək haqqında fikirləşmir, kiçik ödəniş qarşılığında onlara keyfiyyətli xidmət təqdim etməklə, bu işi biz öz üzərimizə götürürük. 
 
Biz GPS/GLONASS həlləri sahəsində dünya liderlərinin avadanlıqlarından istifadə edirik. Qoşulan ötürücü və aksessuar dəsti ən tələbkar müştərilərin tələblərinə də cavab verir
 
Xəbərlər
 
Əlaqə
 
K. Səfərəliyeva 43D,
+99455 690 5010
+99412 598 5204
+99412 598 2665
info@yollar.az
Həmkərlar
 
 
©2008-2017, MATRIX LLC.
All rights reserved.