[EN] [RU]

[Mətbuat] [bizə yazmaq]

[Baş səhifə]
GPS Monitorinq
Qısa tәsviri

Üstünüklәr

Sistem özellikleri

Avadanlıq

Məlumat

Sual var?

Bizim müştərilər

Qiyməti hesablamaq

 
 
 
Menyu
Şirkət haqqında

Xəbərlər

Karyera

Əlaqə

Forum
 

 



     

Yollar.az” nәqliyyata nәzarәt sistemi aşağıdakı tәşkilatlarda uğurla tәtbiq olunur:

Beynәlxalq vә ölkәdaxili yük daşımaları ilә mәşğul olan şirkәtlәr.
Yük daşımaları ilә mәşğul olan şirkәtin yük avtomobillәrinә peyk nәzarәt sistemlәrinin yerlәşdirilmәsi sürücülәrin tәyin olunmuş marşruta uyğun hәrәkәtinә nәzarәt etmәyә imkan verir. Tәyin olunmuş marşrutdan çox kәnarlaşmaq şirkәtә mәxsus nәqliyyat vasitәlәrinin başqa mәqsәdlәr üçün (qanunsuz yük daşımaları) istifadә olunması yaxud yükün oğurlanması yaxud xәsәr görmәsi kimi qәbul edilә bilәr. Nәzәrә almaq lazımdır ki, qanunsuz yüklәrin daşınması yüklәrin vaxtında çatdırılmamasının әsas sәbәbidir. Yanacağa nәzarәt xәrclәrin optimallaşdırılmasına kömәk edir vә yanacağa әhәmiyyәtli dәrәcәdә qәnaәt edilmәsinә gәtirib çıxarır.

Tikinti şirkәtlәri.
Tikinti materialları yaxud xüsusi texnika tәmin edәn nәqliyyat vasitәlәrinin hәrәkәt marşrutunun izlәnmәsi nәqliyyat vasitәlәrinin sui-istifadә edilmәsinin vә tikinti materiallarının oğurlanması hallarının aşkarlanmasına kömәk edir, yanacaq sәrfiyyatına nәzarәt sisteminin istifadәsi isә yanacağa vә digәr nәqliyyat xәrclәrinә qәnaәt etmәyә imkan yaradır.

İstehsal müәssisәlәrinin nәqliyyat şöbәlәri.
Mәhsulun çatdırılması – müәssisәnin hazırladığı mәhsulları daşıyan nәqliyyat vasitәlәrinin hәrәkәtinә nәzarәt marşrutdan yayınma hallarının aşkarlanmasına, nәqliyyat vasitәlәrinin başqa mәqsәdlәr üçün istifadәsinin vә mәhsulun oğurlanması hallarının qarşısının alınmasına imkan yaradır. Yanacaq sәrfiyyatına nәzarәt sistemlәri nәqliyyatın kәnar mәqsәdlәr üçün istifadәsinә imkan vermir.

Yanacaq şirkәtlәri
Yanacaq daşıyan nәqliyyat vasitәlәrinin marşrutdan yayınma hallarının aşkarlanması. Yük boşaltma mәntәqәlәrindәn qeyri punktlarda yanacaq sensoru göstәricilәrindәki kәskin dәyişikliklәr icazәsiz yanacaq oğurluğuna vә bilәrәkdәn yanacağın keyfiyyәtinin pislәşdirilmәsinә dәlalәt edir. Yanacağa nәzarәt sistemi yalnız mәqsәdyönlü istifadәyә imkan verәrәk yanacağa әhәmiyyәtli dәrәcәdә qәnaәt etmәyә gәtirib çıxarır.

Taksi, tәcili yardım vә sәrnişindaşıma xidmәtlәri.
Tәlәb olunan ünvana әn yaxın taksi yaxud tәcili yardım maşınlarının yerlәşdiyi yerә dair operativ mәlumat әldә edilmәsi. Sәrnişindaşıma avtomobillәrinin marşrutunun, dayanacaq yerlәri vә vaxtlarının izlәnmәsi. Yanacaq sәrfiyyatının uçotu sistemini tәtbiq etmәklә yanacağa qәnaәt etmәk mümkündür.

Elәcә dә hökümәt vә qeyri-hökümәt nәqliyyat şirkәtlәri:
Avtomobil icarәsi ilә mәşğul olan şirkәtlәr;
Xüsusi texnika tәmin edәn şirkәtlәr;
Mәhdud xidmәt avtomobillәri parkına malik özәl müәssisәlәr;
Mühafizә şirkәtlәri;
İnkassasiya vә kuryer xidmәtlәri;
Fiziki şәxslәr
 
©2008-2017, MATRIX LLC.
All rights reserved.