Yük daşımaları üçün GPS monitorinq

Beynəlxalq və ölkədaxili yük daşımaları ilə məşğul olan şirkətlər üçün. Yük avtomobillərinə peyk nəzarət sistemlərinin yerləşdirilməsi sürücülərin təyin olunmuş marşruta uyğun hərəkətinə nəzarət etməyə imkan verir. Təyin olunmuş marşrutdan çox kənarlaşmaq şirkətə məxsus nəqliyyat vasitələrinin başqa məqsədlər üçün (qanunsuz yük daşımaları) istifadə olunması, yükün oğurlanması yaxud xəsər görməsi kimi qəbul edilə bilər. Nəzərə almaq lazımdır ki, qanunsuz yüklərin daşınması yüklərin vaxtında çatdırılmamasının əsas səbəbidir. Yanacağa nəzarət xərclərin optimallaşdırılmasına kömək edir və yanacağa əhəmiyyətli dərəcədə qənaət edilməsinə gətirib çıxarır.

Təyin olunmuş marşruta uyğunluğun avtomatik yoxlanması

Qanunsuz daşımaların və marşrutdan kənarlaşmaların aşkarlanması

Yükün oğurlanması və xəsər görməsi risklərinin azaldılması

Çatdırılma gecikmələrinin qarşısının alınması

Yanacağa nəzarətlə xərclərin optimallaşdırılması

Sahələr üzrə həllər

Hər sahənin öz tələbləri var. Sistem sizin iş prosesinizə uyğunlaşdırılır.

Sahənizə uyğun həll axtarırsınız?

Mütəxəssislərimiz iş prosesinizi öyrənib sistemi tələblərinizə uyğun konfiqurasiya edəcək.