Tez-tez verilən suallar
Ən çox soruşulan sualların cavabları. Sualınız burada yoxdursa, bizimlə əlaqə saxlayın.
Sistem necə işləyir?
Nəqliyyat vasitənizə GSM/GPS treker quraşdırılır. Cihaz mövqe və sensor məlumatlarını GSM şəbəkəsi üzərindən monitorinq serverinə ötürür. Siz isə istənilən brauzerdən sistemə daxil olub vasitələrinizi xəritədə real vaxtda izləyirsiniz.
Əlavə proqram quraşdırmaq lazımdırmı?
Xeyr. Sistem tam veb-əsaslıdır — kompüterdə və ya telefonda adi brauzer kifayətdir.
GSM şəbəkəsi olmayan ərazilərdə məlumat itirmi?
Xeyr. GSM əlaqəsi olmadıqda treker məlumatları daxili yaddaşında saxlayır və əlaqə bərpa olunan kimi serverə ötürür.
Yanacaq nəzarəti necə aparılır?
Yanacaq çəninə səviyyə sensoru quraşdırılır. Sistem doldurma və boşaltmaları qeydə alır, kəskin dəyişikliklər (mümkün oğurluq) barədə dərhal xəbərdarlıq göndərir.
Quraşdırma harada aparılır?
Quraşdırma Bakıda və bölgələrdə peşəkar mütəxəssislərimiz tərəfindən həyata keçirilir.
Avadanlığa zəmanət verilirmi?
Bəli, bütün avadanlıq zəmanətlə təmin olunur. Nasazlıq barədə müraciətlər 24 saat ərzində həll edilir.
Məlumatlar nə qədər müddətə saxlanılır?
Bütün monitorinq məlumatları bazada saxlanılır.
SİM-kart və GSM xərcləri necə həll olunur?
GSM operatoru ilə bütün münasibətləri sizin əvəzinizə biz qururuq — tarif seçimi ilə bağlı narahat olmağınıza ehtiyac yoxdur.
Sahənizə uyğun həll axtarırsınız?
Mütəxəssislərimiz iş prosesinizi öyrənib sistemi tələblərinizə uyğun konfiqurasiya edəcək.