GPS – Yer kürәsinin istәnilәn yerindә, istәnilәn hava şәraitindә vә istәnilәn sürәtә malik obyektin yerini bir neçә metr dәqiqliyi ilә tәyin etmәyә imkan verәn peyk naviqasiya sistemidir.
YOLLAR monitorinq sistemi iki әsas komponentdәn ibarәtdir:
GSM/GPS treker qurğusu vә monitorinq veb-serveri.
Nәqliyyat vasitәsindә peyklәrin kömәyi ilә avtomobilin yerini müәyyәn edәrәk GSM şәbәkәsi üzәrindәn internet kanalı ilә bu mәlumatı real vaxt rejimindә veb-serverә ötürәn GPS/GSM treker qurğusu quraşdırılır. Qurğu eyni zamanda hәrәkәt, dayanacaqlar, marşrutlar, keçilәn küçәlәr, xәritәdә qeyd edilәn әrazi vә yerlәr haqqında mәlumatları da ötürür.
GPS/GSM treker qurğusu әlavә rәqәmli ötürücülәri (qoşulub-qoşulmadığını göstәrәn) vә ya mövcud ötürücülәri (mәsәlәn, qapı bağlıdır vә ya açıqdır) qoşmağa, elәcә dә mühәrriki dayandırmağa vә ya әksinә, işә salmağa imkan verir.
Müxtәlif әlavә ötürücülәr dә vardır. Yanacaq sәviyyәsi, temperatur, tәzyiq, yüklәnmә, meyl bucağı, hәcmin pozulması vә s. ilә bağlı ötürücülәrlә yanaşı sürücülәrlә yüksәk sәsli әlaqәnin yaradılması vә sürücülәr üçün açar identifikatorların quraşdırılması imkanı da mövcuddur.
Trekerlәrdәn gәlәn bütün mәlumatlar monitorinq sisteminin veb-serverdә quraşdırılmış verilәnlәr bazasına yazılır. İstifadәçinin kompüterә әlavә proqram tәminatı yüklәmәsi tәlәb olunmur. İnkişaf etmiş veb-interfeys vasitәsilә monitorinq sisteminә internetә qoşulmuş istәnilәn kompüterdәn qoşulmaq mümkündür. Sistem real vaxt rejimindә bütün obyektlәrin hәrәkәtini xәritә üzәrindә görmәyә, statistikaya nәzәr salmağa, vaxt, keçilәn marşrutlar, sürәt rejimlәri vә başqa müxtәlif mәlumatlardan ibarәt әtraflı hesabatlar hazırlamağa imkan verir.
Peyk monitorinq sistemindә hesabatlar redaktә olunan şablonlar әsasında yaradılır. Bunun nәticәsindә hәr bir istifadәçi öz tәlәblәrinә cavab verәn hesabat forması yarada bilir. Hәr bir hesabatda istәnilәn sayda cәdvәl vә qrafik ola bilәr. Onların mәzmunu da istifadәçi tәrәfindәn seçilir. Sistemdәki cәdvәl hesabatların әksәriyyәti müәyyәn kriterilәr әsasında obyektin tarixçәsindәn zaman aralıqlarının seçilib götürülmәsi ilә әlaqәdardır. Bura gedişlәr, dayanacaqlar, reyslәr, coğrafi zonalar vә küçәlәr üzrә hesabatlar, elәcә dә ötürücülәrin işi vә sürәtin aşılması vә s. üzrә hesabatlar daxildir.
İstifadəçi müntəzəm olaraq avtomatik rejimdə peyk monitorinq sistemindən hesabatlar almaq imkanına malikdir. Bunun üçün müvafiq tapşırığı yaratmaq kifayətdir. Bundan sonra sistem lazım olan hesabatı elektron poçt vasitəsilə göndərir.
Sistemdə obyektin davranışı (məsələn, sürəti aşması, olduğu yer, ötürücülərin göstəricisi və s.) ilə bağlı xəbərdarlıq etmək funksiyası da mövcuddur. Xəbərdarlıq elektron poçt və ya SMS vasitəsilə göndərilə, peyda olan pəncərədə göstərilə və ya sistemdə qeyd oluna (sonradan hesabata salınmaq üçün) bilər.
Yollar.az qeyd edilən cədvəl üzrə obyektin keçməli olduğu nəzarət məntəqələrinə malik marşrut üzrə hərəkət edən obyektə nəzarət etməyə imkan verir. Sistem hər bir nəqliyyat vasitəsi üçün ayrıca marşrut yaratmağa, bu yaradılmış marşrutdan kənara çıxmalara nəzarət etməyə, tamamlanmış və ya natamam marşrutlara, gecikmə və ya vaxtından əvvəl gəlmələrə baxmağa imkan verir. Avtomobilin hansı marşrut üzrə hərəkət etdiyini görmək üçün lazımi periodu seçməklə trek qurmaq lazımdır. Xəritədə istər bir, istərsə də bir neçə müxtəlif avtomobil üçün eyni zamanda bir neçə trek göstərilə bilər. Funksional yalnız birrəngli yox, sürətdən və ya ötürücülərin göstəricilərindən asılı olaraq müxtəlif rənglərlə rənglənmiş treklərin çəkilməsini nəzərdə tutur.