İnformasiya

NDrive aldığınıza görə təbrik edirik!

NDrive fərdi naviqasiya həllidir. Bu naviqasiya sistemi GPS texnologiyasına əsaslanır və visual və səsli təlimatlar vasitəsilə sadə və dəqiq naviqasiya imkanı verir. Bu sistemə bir neçə dildə hazırlanmış yol və yer adları, qapı-qapı naviqasiya və maraq nöqtələrinə dair ətraflı məlumat daxildir. Təcrübəsiz istifadəçilərin belə rahat istifadə edə biləcəyi sadə, lakin bir o qədər də güclü interfeys vasitəsilə sistemin bazasında mövcud olan dünyanın ətraflı və dəqiq rəqəmli xəritəsinə istinad edə bilərsiniz.

Naviqasiyaya başlayarkən sadə görünüşə və sadə menyulara malik NDrive sisteminin öz əsas funksiyasının yerinə yetirilməsində çox səmərəli və son dərəcə effektiv olduğuna şahid olacaqsınız: Mənzilə/təyinat yerinə aparan ən yaxşı marşrutu seçin!

NDrive sistemində müəyyən bir funksiyanı axtarmaq istəyirsinizsə, mündəricatda “MƏN İSTƏYİRƏM....” siyahısına baxın. NDrive sisteminin bütün funksiyalarına dair ətraflı məlumat üçün proqramın təlimatlarına da baxa bilərsiniz.

“MƏN İSTƏYİRƏM...”

...NDrive Menyularına baxmaq

...Ünvan axtarmaq

...Sevimli bir yeri axtarmaq

...Evi tapmaq

...Əvvəlki yeri axtarmaq

...Maraq nöqtəsini axtarmaq

...Sevimli yer əlavə etmək

...Sevimli yeri redaktə etmək

...Koordinatlara görə axtarmaq / hərəkət etmək


Xəritə Rejiminin Göstərilməsinə dair Təfərrüatlar

Naviqasiya Rejiminin Göstərilməsinə dair Təfərrüatlar

GPS Məlumatlarının Göstərilməsinə dair Təfərrüatlar

Daha effektiv istifadəyə dair məsləhətlər



...NDRIVE MENYULARINA BAXIŞ

PARAMETRLƏR

Sistemini ehtiyacınıza görə konfiqurasiya etmək üçün çox sayda parametr mövcuddur.

ÜMUMİ

Bəzi ümumi parametrlərini konfiqurasiya etmək üçün aşağıdakı mərhələləri icra edin:

DİL

Bu menyuda siz dili və digər seçimlərini təyin edə bilərsiniz. Qeyd etmək lazımdır ki, dili dəyişdiyiniz zaman səsli təlimatlar da seçdiyiniz dilə dəyişəcək.


XƏRİTƏNİN XARİCİ GÖRÜNÜŞÜ

Bu menyuda xəritə və onun komponentlərinin görünüşünü dəyişə bilərsiniz.

MARŞRUTLAMA OPSİYALARI

Bu konfiqurasiyada NDrive sisteminin marşrut hesablama üsullarını tənzimləyə bilərsiniz.

ETİBARLIQ OPSİYALARI

Bu menyuda sürmə zamanı NDrive proqramı tərəfindən veriləcək bəzi xəbərdarlıqlarla əlaqəli xüsusiyyətləri təyin edə biləcəksiniz.

GPS

GPS konfiqurasiya menyusu naviqatorun peyk siqnalının qəbulu ilə əlaqəli seçimlərin dəyişdirilməsinə imkan verir.

MƏLUMATLARIN İDXALI / İXRACI

Bu menyuda siz özünüzün yaratdığı yaxud Google Earth ilə yaradılmış və "kml" formatında saxlanmış sevimli elementləri idxal və ixrac edə bilərsiniz. Həmçinin İnternetdə mövcud olan təhlükəsizlik kameraları paketlərini də idxal edə bilərsiniz. İxrac funksiyası ilə siz sevimli yerlərinizi digər NDrive istifadəçiləri ilə dəyişə də bilərsiniz.

Bu funksiya ilə siz aşağıdakıları icra edə bilərsiniz:

Çox səmərəli olmasına baxmayaraq, bu funksiya istifadəçinin bəzi sadə prosedurlara əməl etməsini tələb edir.

Vacib məlumat: Əgər istifadəçi bütün prosedurlara düzgün əməl edərsə, bu funksiyada heç bir verilənlərin itkisinə rast gəlinməyəcəkdir. Heç bir halda NDrive proses əsnasında baş verən sevimli yerlər yaxud təhlükəsizlik kamerası yerlərinə dair məlumat itkisinə görə məsuliyyət daşımır.

AXTAR / HƏRƏKƏT ET

Bu əsas NDrive sistemi parametrlərindən sonra aşağıdakı bölmədə əsas Menyu ekranında göstərilən iki altmenyu haqqındaməlumat verilir.

NDrive təkmilləşdirilmiş axtarış sistemi istifadəçinin axtarış etdiyi yerlərin daha effektiv indekslənməsinə imkan verən funksiyalara malikdir: Şəhərlər, Departamentlər, Maraq nöqtələri və s. Bu yeni funksiyalardan biri də küçələrin bələdiyyələr, şəhər departamentləri və sair kimi bütün coğrafi təşkilat səviyyələrinə uyğun indekslənməsidir. Digər təkmilləşdirilmiş funksiya birdən artıq rəsmi dilə sahib ölkələrdə eyni Maraq nöqtəsinin bir neçə dildə axtarılmasına imkan verir.

İndeksə qayıdış

...ÜNVAN AXTARIŞI

NDrive xəritənizdə ünvan tapmaq istədikdə, aşağıdakı şəkillərdə göstərilən mərhələləri icra edin:

Bundan əlavə, dəqiq ünvanı bilmirsinizsə, “Kəsişmə” seçərək, həmin küçə ilə kəsişən başqa bir küçəni seçməklə axtarış edin. Bu seçim axtardığınız küçə ilə kəsişən bütün digər küçələri sadalayacaqdır.

İndeksə qayıdış

...SEVİMLİ YERİN AXTARIŞI

İstifadəçinin əvvəlcədən təyin etdiyi sevimli yeri tapmaq üçün aşağıdakı şəkillərdə göstərilən mərhələləri icra edin:

İndeksə qayıdış

...EVİ TAP

Əvvəlcədən xəritədə təyin edilmiş “Ev” kimi yerləri tapmaq üçün aşağıdakı mərhələləri icra edin:

İndeksə qayıdış

...ƏVVƏLKİ YERİN AXTARIŞI

Bəzən əvvəlcədən axtarılmış yerə baxmaq istəyəcəksiniz. Yenidən axtarmamaq üçün aşağıdakı şəkillərdə göstərildiyi kimi “Son yerləşmə yeri” seçin:

İndeksə qayıdış

...MARAQ NÖQTƏSİNİN AXTARIŞI (POİ)

Ünvana görə

Restoran, Tarixi bina yaxud Otel kimi Maraq Nöqtələrini xəritədə tapmaq üçün aşağıdakı mərhələləri icra edin:

Yaxınlıqda yerləşən MARAQ NÖQTƏSİ

Bundan əlavə, cari yerinizə yaxın maraq nöqtələrini tapa bilərsiniz. GPS siqnalınız qeyri-aktivdirsə, yalnız hazırda naviqatorun ekranında göstəricinin üzərində olduğu yerə yaxın maraq nöqtəsini tapa bilərsiniz.

İndeksə qayıdış

...SEVİMLİ YER ƏLAVƏ ET

NDrive sistemində tez-tez baş çəkilən yerlər, fərdi maraq nöqtələri və sair kimi “Sevimli” yerləri təyin edə bilərsiniz. Xəritədəki istənilən yeri istifadəçinin “Sevimli” yeri kimi təyin etmək mümkündür.

İstənilən yeri Sevimli yer kimi təyin etmək üçün aşağıdakı şəkillərə diqqətlə baxın:

 

İndeksə qayıdış

...SEVİMLİ YERİ REDAKTƏ ET

Sevimli yeri silmək üçün bu prosedura əməl edin:

İndeksə qayıdış

KOORDİNATLARA GÖRƏ AXTARIŞ / NAVİQASİYA

Müəyyən bir yeri təyin etmək yaxud həmin yerə hərəkət etmək üçün bir başqa yol koordinatların istifadəsidir. Koordinatlara görə yerin tapılması prosesinin izahı üçün şağıdakı şəkillərə istinad edin:

Qeyd: "Parametrlər", "GPS" menyusundan istifadə etmək istədiyiniz koordinat formatını seçə bilərsiniz. Üç müxtəlif format mövcuddur:

İndeksə qayıdış

XƏRİTƏ REJİMİNİN GÖSTƏRİLMƏSİNƏ DAİRTƏFƏRRÜATLAR

Naviqasiya etmədikdə, NDrive ekranında faydalı məlumatlara baxa bilərsiniz. Aşağıdakı şəklə və təsvirə baxın:

Şərti işarələr və izahlar:

  1. Miqyasın böyüdülməsi
  2. Miqyasın kiçildilməsi
  3. Xəritə miqyası
  4. Menyuya get
  5. Marşrutına seçilmiş yeri əlavə et
  6. Sevimli yerlərə seçilmiş yeri əlavə et

Bəzi NDrive xəritələrində əhəmiyyətli binalar 3D formatında göstərilir. Bu 3D təsvirinə malik binaları xəritəyə baxarkən yaxud naviqasiya zamanı görə bilərsiniz. Bundan əlavə bu binalara yaxından bir neçə tərəfdən baxmaq mümkündür.

Qeyd: xəritədəki şəkillər istifadə etdiyiniz NDrive modeli, xəritədəki yeriniz yaxud göstəricinin mövqeyindən asılıdır.

İndeksə qayıdış

NAVİQASİYA REJİMİNİN GÖSTƏRİLMƏSİNƏ DAİRTƏFƏRRÜATLAR

Naviqasiya zamanı NDrive ekranında bəzi faydalı məlumatlarla rastlaşacaqsınız:

Şərti işarələr və izahlar:

  1. Menyuya get (marşrut xəritəsinə bax və s.)
  2. Cari yolun adı
  3. Növbəti yolun adı
  4. Növbəti döngə
  5. Çatmaq vaxtı
  6. Vaxt

Qeyd: NDrive qrafik məlumatlarının çox vacib olmasına baxmayaraq, hərətəkdə olarkən diqqətinizin yayınmaması üçün səsli təlimatlara daha çox fikir verin.

İndeksə qayıdış

GPS MƏLUMATLARININ GÖSTƏRİLMƏSİNƏ DAİR TƏFƏRRÜATLAR

Qlobal Yer Təyini Sistemi adətən GPS sistemi kimi tanınır və yerləri peyk vasitəsilə təyin edir. Hər GPS peyki NDrive cihazınıza siqnal göndərir. Buna görə də, GPS qəbulediciləri passiv peyk siqnalı qəbulediciləridir. Bu qəbuledicilər sıx meşəlik ərazilərdə yaxud yüksəl binaların əhatəsində zəif işləyir. Yaxşı işləməsi üçün səmada maneə olmamalıdır. GPS sistemi konkret vaxtla işləyir və ABŞ Hərbi Dəniz Müşahidə Stansiyasının atom saatları ilə tənzimlənir. Qlobal yer təyini sistemi (GPS) peyk şəbəkəsindən istifadə edir və bunun hesabına biz qəbuledicilər vasitəsilə planetin istənilən yerində, istənilən vaxt coğrafi mövqeyimiz haqqında məlumat ala bilirik.

İstənilən vaxt siqnal qəbulu keyfiyyəti, eləcə də cari yeriniz barədə ətraflı məlumat ala bilərsiniz:

Şərti işarələr və izahlar:

  1. Cihazın qəbul etdiyi peyk siqnallarının sayı
  2. Sürət
  3. Yüksəklik
  4. Sizin koordinatlar
İndeksə qayıdış

DAHA SƏMƏRƏLİ İSTİFADƏYƏ DAİR MƏSLƏHƏTLƏR

Peyk siqnalının qəbulu: GPS siqnalının daha effektiv qəbulu üçün NDrive cihazını avtomobilin alın şüşəsinə, alət panelindən ən yaxın məsafədə, sürücünün görməsinə mane olmayacaq şəkildə yerləşdirin. NDrive sıx meşəlik ərazilərdə yaxud yüksəl binaların əhatəsində siqnalları çətinliklə qəbul edə bildiyi üçün zəif işləyir. İlk dəfə istifadə edərkən, ilk siqnalın qəbulu 30 dəqiqə çəkə bilər. Bundan sonra bu müddət xeyli azalacaq.

Əlaqəsi olmayan marşrutlar: NDrive əlaqəsi olmayan marşrutları hesablayıb? Bu, normal bir haldır və bir neçə səbəbdən baş verə bilər. Məsələn, GPS siqnal keyfiyyətinin zəif olması, sürücünün adətən getdiyi marşrut vərdişi yaxud xəritədə səhvlər. Xəritədə səhvlərin olmasına gəldikdə isə, Matrix şirkəti coğrafi məlumatların daim yenilənməsi və xəritədə ən yeni məlumatların əks olunması üçün səylərini əsirgəmirlər. Yollarda baş verən davamlı dəyişikliklərə görə bəzən xəritələrdə müəyyən səhvlər ola bilər. Bu problem aradan qalırmaq üçün mütəmadi olaraq xəritələrin yenilənməsini tövsiyə edirik.

İndeksə qayıdış