[EN] [RU]

[Mətbuat] [bizə yazmaq]

[Baş səhifə]
Menyu
Şirkət haqqında

Xəbərlər

Karyera

Əlaqə

Forum
 
 
 
 
03.09.2020
 
 

12.12.2012
 
 

24.10.2012
 
18-ci Azərbaycan beynəlxalq sərgisi
 

23.04.2012
 
 

02.04.2012
 
 

 



     

18-ci Azərbaycan beynəlxalq sərgisi

Sizi İKT sahəsinin əsas və gözlənilən hadisələrindən birinə - “BakuTel-2012” 18-ci Azərbaycan beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisinə dəvət edirik.

bakutel 2012

Xəzəryanı regionda telekommunikasiya avadanlıqları, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə ən böyük forum olan “BakuTel-2012” sərgisi 2012-ci il noyabr ayının 6-dan 9-dək “Bakı Ekspo Mərkəzində” keçiriləcək. Bu il sərgidə Azərbaycan, Belarus, Böyük Britaniya, İsrail, İran, Çin, Koreya, Litva, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Estoniya və ümumilikdə 30 ölkədən 200 şirkət iştirak edir. Avstriya, Kanada, Xorvatiya və Fransa isə sərgidə öz milli pavilyonları ilə çıxış edəcəklər. “BakuTel-2012” sərgisi İKT texnologiyaları üzrə bütün aktual format və istiqamətləri nümayiş etdirməklə, ziyarətçilər üçün dolğun və rəngarəng sərgi ekspozisiyasını təmin edəcək.

“BakuTel” sərgisinin bu il diqqətinizə təklif etdiyi yeniliklər arasında insanların ünsiyyəti üçün yeni-yeni imkanlar açan proqram təminatları, peyk rabitəsi üçün servis avadanlıqları, teleradio yayım avadanlıqları və texnologiyaları, kabel televiziyası xidmətləri, mobil texnologiyalar, radiostansiyalar və radiorabitə qurğuları var. İlk dəfə olaraq, sərgi çərçivəsində istənilən ölçü və konstruksiyalı səthlərin üzərinə kompüter proyeksiyası təqdim olunacaq. Bu yeniliyi reklam və əyləncə məqsədləri üçün istifadə etmək olar. Həmçinin, müxtəlif mobil rabitə operatorlarının nömrələrinin keçirilməsi “Daşınan nömrələr” layihəsi, eləcə də təyyarələrin içində mobil rabitə üçün yeni həll variantları nümayiş etdiriləcəkdir. Sərgidə ənənəvi olaraq bütün yerli mobil operatorlar, eləcə də mobil telefon distribütorları ən son yeniliklər və xüsusi təkliflərlə iştirak edəcəklər. Sərginin əsas mövzularından biri də elektron hökumət layihəsidir.

Sizi sərginin qonaqları arasında görməyə şadıq və ümid edirik ki, bu tədbiri ziyarət etməyiniz sizin üçün həm məhsuldar, həm də faydalı olacaq.

>Ekspres qeydiyyat









































 
©2007-2024, MATRIX LLC.
All rights reserved. Privacy Policy